Rusiyada növbəti aviaqəza baş verib

Rusiyada növbəti aviaqəza baş verib

Rusiyada növbəti aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın cənubunda "Mi-2" markalı vertolyot Krasnodar vilayətinin Kalininsk rayonunda yerə çırpılıb.

Nəticədə, vertolyotun pilotu ölüb. Başqa xəsarət alanın və tələfatın olmadığı qeyd edilir. Ərazidə müvafiq işlər görülüb. Hadisənin başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə