İyun 21-də saat 15-30 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanğın Dövlət Fonduna aid olan qış-otlaq sahəsinin 20 hektar ərazisini əhatə edib.
İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb.
Hazırda hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ərazidə təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB