FHN-in xilasediciləri təbii fəlakət zamanı İsmayıllı sakinlərini xilas edib

FHN-in xilasediciləri təbii fəlakət zamanı İsmayıllı sakinlərini xilas edib

İsmayıllı rayonunun İsmayıllı kəndi ərazisindən keçən çayda suyun artması nəticəsində çayı keçmək istəyən avtomobildə və yaxınlıqda yerləşən vətəndaşa məxsus fermanın ərazində insanların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobilin banında 4 nəfər, fermanın ərazisində isə 5 nəfər çıxılmaz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə həmin şəxsləri xilas ediblər. Əməliyyat saat 01:20-də başa çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə