Oktyabrın 16-sı 2010-cu il tarixdə naməlum şəxs Yeni Günəşlidə yerləşən mağazada satıcı işləyən Lalə Əhmədovanı falına baxmaq adı ilə aldadaraq 50 manat, bir ədəd qızıl üzük, mobil telefon və uşaq oyuncaqları alaraq gedib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Müşviq Allahverdiyev iyunun 22-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB