Karelinada təyyarə qəzası zamanı ölən 43 nəfərin şəxsiyyəti məlum olub

Karelinada təyyarə qəzası zamanı ölən 43 nəfərin şəxsiyyəti məlum olub

20 iyun tarixində Petrozavodsk yaxınlığında Tu-134 təyyarəsinin qəzası zamanı ölmüş 43 nəfərin artıq şəxsiyyəti məlum olub. SİA-nın rus mətbuatına istinadən vediyi məlumata görə, bu barədə xəbəri Daxili İşlər Nazirliyinin Respublika İdarəsi yayıb. Daha əvvəl ölkənin səhiyyə naziri Valentina Uliç bildirmişdi ki, tanınma məqsədi ilə DNT-ekspertizası üçün 2 həftədən 3 aya kimi vaxt lazım ola bilər. Dünən isə şəxsiyyəti təyin etmə prosesində iştirak etmək üçün Petrozavodska 79 nəfər qohum və yola salan gəlib. Bundan başqa çarter reysi ilə Niderlanddan tanımaq üçün 5 nəfər Rusiyaya gəlib.

Qeyd edək ki, T-134 təyyarəsi çərşənbə axşamı Pertozavodsk yaxınlığında qəza edib. Qəza zamanı 44 nəfər ölüb, 8 nəfər sağ qalıb. Çərşənbə günü gecə Karelinanın uşaq xəstəxanasında qəza zamanı ciddi xəsarət almış 9 yaşlı oğlan uşağı dünyasını dəyişib. Beləliklə, ölənlərin sayı 45 olub

Bütün xəbərlər Facebook səhifəmizdə