Böyük Britaniyanın məşhur modelyeri Con Qalyanonun məhkəmə işi Parisin islahedici məhkəməsində başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, irqçilikdə və antisemitizmdə ittiham olunur.
Ötən ilin dekabrında məşhur "Christian Dior" modalar evinin direktoru Con Qalyano Parisdəki məşhur kafelərin birində onunla yanaşı masada əyləşən yəhudi xanımı təhqir edərək Adolf Hitleri sevdiyini bildirib. Con Qalyanonun törətdiyi qalmaqal kafenin təhlükəsizlik kamerasına da düşüb. Daha sonra həmin video görüntülər internetdə yerləşdirilib. Modelyer yəhudi xanımı və daha bir cütlüyü təhqir etdiyinə görə fevralın 25-də saxlanılıb.
Məhkəmə dinləmələri zamanı üç nəfərin ərizələrinə- ər və arvadın, eləcə də "La Perle" kafesində təhqir edilən yəhudi xanımın dizaynerə qarşı qaldırdığı iddialara baxılacaq.
Modelyer Con Qalyanoya qarşı ittihamlar təsdiqlənərsə, onu altı aylıq həbs cəzası və 22,5 min avro (31,4min dollar) məbləğində cərimə gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB