Naxçıvanda iki nəfər çayda boğulub

Naxçıvanda iki nəfər çayda boğulub

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini çayda çimərkən boğulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə ötən gün baş verib. Şərur rayonunun Xanlıqlar kənd sakini 20 yaşlı Nəcəf Salmanov Arpaçayda çimərkən boğularaq ölüb.

Başqa boğulma hadisəsi isə Şahbuz rayonunda qeydə alınıb. Şahbuz rayonunun Kiçikoba kəndində, kənd sakini 16 yaşlı Tuncay Hümbətli Vayxır gölündə çimərkən boğulub.

Bütün xəbərlər Facebook səhifəmizdə