Polis qətl törədən jurnalisti tutub

Polis qətl törədən jurnalisti tutub

Polis qətl törədən jurnalisti tutub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arzuman Namazovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçan Ayvaz Almuradov tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, A. Almuradovun \"Xüsusi təhqiqatlar\" qəzetinin əməkdaşı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə