ABŞ-da meşə yanğınları 6 min hektar ərazini məhv edib

ABŞ-da meşə yanğınları 6 min hektar ərazini məhv edib

ABŞ-ın cənubunda yerləşən Texas ştatında 17 iyun tarixində başlayan meşə yanğınları ştatın şərqində artıq 6 min hektar meşə sahəsini və azı 37 yaşayış evini külə döndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölən və xəsarət alan yoxdur. Təhlükəli ərazilərdən yüzlərlə insan təxliyyə olunub. Yanğınsöndürmə işlərinə xeyli sayda canlı qüvvə və texnika, o cümlədən helikopterlər və buldozerlər də cəlb edilib.

Bölgədə hökm sürən küləkli, quru və isti hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub. Son məlumata görə, yanğını nəzarət altına almaq mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə