Şəmkir sakini qardaşını öldürüb

Şəmkir sakini qardaşını öldürüb

Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Məhərrəmov Yusif, 1997-ci il təvəllüdlü Məhərrəmov Niyaməddini bıçaqlayıb. Hər iki şəxs qardaşdır. Şəmkir rayon Polis Şöbəsindən SİA-nın qərb bürosuna verilən məlumata görə, ürək nahiyəsindən bıçaqlanan şəxs dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə