Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb. SİA-nın verdiyi məlumata görə, Kareliya vilayətində baş verən hadisərə 44 sərnişin həlak olub, 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Moskvadan havaya qalxan təyyarə Petrozavodsk hava limanına yaxın əraziyə məcburi eniş etmək istəyib. "РусЭйр" aviaşirkətinə məxsus Tu-134A-3 təyyarəsi içərisində 5 gəmi heyəti və 43 sərnişinlə avtomagistrala eniş edərkən qəza baş verib.Haşiyə: Tu-134-yaxın məsafəli sərnişin təyyarəsidir. "Tupolev" zavodunda hazırlanıb. Konstruksiya müəllifləri L.L. Selyakov və A.S. Şenqardtdır. İlk uçuş 29 iyul 1963-cü ildə həyata keçirilib. Reaktiv Tu-134 sərnişin təyyarəsi istehsalı sahəsində ən uğurlu layihələrdən biri olub. Rusiya mülki aviasiyasının tarixinə ən kütləvi təyyarə kimi düşüb. Tu-134 uçuşa yararlılıq üzrə İngiltərə normaları üzrə setrifikasiyadan keçən birindi Rusiya sərnişin təyyarəsidir. Ümumilikdə müxtəlif modifikasiyalarda 852 təyyarə istehsal edilib: Tu134, Tu134A, Tu134B, Tu134UBL, Tu134Ş. Hazırda yüzlərlə Tu-134 təyyarəsi Rusiyada və xaricdə istismardadır. "Tupolev" ASC təyyarənin müasirləşdirilməsi istiqamətində işlər aparılır. Texniki göstəricilər: Sərnişin tutumu 76 Füzelyajın (gövdə) diametri 2,9 m Təyyarənin uzunluğu - 37,1 m Qanadlarının kənar nöqtələri arasındakı məsafə - 29,0 m Təyyarənin hündürlüyü - 9,02 m Maksimal uçuş kütləsi - 47,6 t Kommerçesiya yüklənməsi - 8,2 t Kreyser sürəti - 850 - 900 km/saat Uçuş məsafəsi - 2000 km. Qeyd edək ki, ötən ilin dekabrından Azərbaycan Rusiya istehsalı olan təyyarələrdən imtina edib. "Azərbaycan Hava Yolları" QSC-nin Rusiya istehsalı olan təyyarələrlə həyata keçirdiyi yeganə istiqamət Bakı-Naxçıvan-Bakı marşrutu idi. Ötən ilin sonlarından bu marşrut üzrə bütün uçuşlar müasir tipli "Aerobus-319", "Aerobus-320" və "Boinq-757" tipli təyyarələrlə yerinə yetirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB