Rusiyada göyərtəsində 52 nəfər olan təyyarə qəzaya uğradı, 8 nəfər sağ qaldı

Rusiyada göyərtəsində 52 nəfər olan təyyarə qəzaya uğradı, 8 nəfər sağ qaldı

Rusiyada göyərtəsində 52 nəfər olan təyyarə qəzaya uğrayıb. SİA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 44 nəfər həlak olub, 8 nəfər sağ qalıb. Həkimlərin bildirdiyinə görə, yaralıların 7-sinin vəziyyəti ağır olaraq qalır.

Qəzanın baş vermə səbəbi isə artıq məlum olub. Belə ki, hadisəyə səbəb eniş zolağının işıqlandırma sisteminin 5 saniyəlik sönməsi olub.

Qeyd edək ki, Moskvadan Petrozavodska uçan və "Rusaero" şirkətinə məxsus olan Tu-134 təyyarəsi qəzaya uğrayıb. Təyyarə hava limanına 1 kilometr qalmış sərt eniş edib. Hadisə Rusiya vaxtı ilə saat 00.04-də (Bakı vaxtı ilə 02.04) baş verib. Təyyarənin göyərtəsində 47 sərnişin və 5 heyət üzvü olub. Yerə çırpılma nəticəsində təyyarənin gövdəsi qopub, yanğın baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə