Yüksək sürət 167 nəfərin həyatına son qoyub

Yüksək sürət 167 nəfərin həyatına son qoyub

Bu ilin ilk 5 ayında respublikada qeydə alınan yol qəzalarının yarısı avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev SİA-ya açıqlamasında bildirib ki, hesabat dövründə qeydə alınan 1087 yol qəzasından 516-na yüksək sürət səbəb olub. Yüksək sürət 167 nəfərin həyatına son qoyub, bu qəzalarda 467 nəfər xəsarət alıb. 5 ayda qeydə alınan qəzalarda 323 nəfər ölüb, 1300 nəfər yaralanıb. Qəzaların 280-i ötmə qaydalarının pozulması səbəbindən baş verib.

Nəticədə 73 nəfər həlak olub, 410 nəfər xəsarət alıb. Hesabat dövründə qeydə alınan qəzaların 422-si toqquşma (95 ölüm, 606 xəsarət), 116-sı aşma (50 ölüm, 123 xəsarət), 481-i piyadaların vurulması (131 ölüm, 374 xəsarət) olub. Qeydə alınan qəzaların 618-i, ölümlərin 138-i, xəsarətlərin 671-i Bakının payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə