Soyğunçuluqla məşğul olan şəxslər zərərsizləşdirilib

Soyğunçuluqla məşğul olan şəxslər zərərsizləşdirilib

İyunun 18-i saat 01:40 radələrində Sabunçu qəsəbəsində 3 nəfər naməlum şəxs Bakıxanov qəsəbə sakini Bəxtiyar Vəliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə əyləşərək Əmircan qəsəbəsinə getmək istədiklərini bildiriblər.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Əmircan qəsəbəsində onlar B.Vəliyevi döyərək üzərində olan əşyaları tələb ediblər. B.Vəliyev avtomobildən düşərək qaçmış, həmin şəxslər isə avtomobili sürərək qaçıblar. Soyğunçuluqda şübhəli bilinən şəxslər Bülbülə qəsəbə sakinləri Vüqar Hacıyev, İsmayıl Həsənov və Elşən Teymurlu Xəstəxanayanı küçəsində avtomobillə birlikdə Sabunçu RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq aidiyyəti üzrə Suraxanı RPİ 31-ci PB-yə təhvil veriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə