Şirvanda yol-nəqliyyat hadisəsi baş verib

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib

Şirvan şəhərində nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər polis şöbəsinin DYP bölməsinin inispektoru Elşən Davudov bildirib ki, sürücü Əliyev Coşqun Şəhrəman oğlu idarə etdiyi Mersedes markalı dövlət qeydiyyat nişan nömrəsi 10 DK 100 olan minik maşınıyla şəhərin Heydər Əliyev prospektində dayandığı vəziyyətdə arxadan gələn şərxoş vəziyyətdə olan sürücü Davudov Şahin Abdulla oğlunun idarə etdiyi VAZ 2106 markalı dövlət deydiyyat nişan nömrəsi 55 BC 355 olan maşınla ara məsafəsini saxlamadığı üçün vurub. Nəticədə hər iki avtomabilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən yol kənarında dayanan piyada qaçdığı üçün maşınların altında qalmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə