İdarəetməni itirən sürücü qəza törədib - FOTO

İdarəetməni itirən sürücü qəza törədib - FOTO

Dünən gecə saatlarında, təxminən 00:30 radələrində Hacıqabul rayonu ərazisində yüksək sürətlə hərəkət edən avtomobil qəzaya uğrayıb. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən BDYP-nın 7-ci tağımının inspektoru Üzeyir Abdullayev bildirib ki, Bakı-Qazax yolunun 114-cü kilometrliyində hərəkət edən İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Amil Muxtar oğlunun idarə etdiyi "BMW" markalı 10 XD 135 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşdığı üçün idarəetməni itirib. Nəticədə yol ayrıcındakı dəmir lövhəyə çırpılıb. Maşında olan sərnişinlərdən 1 nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə