Taksi sürücülərini qarət edən şəxs həbs olunub

Taksi sürücülərini qarət edən şəxs həbs olunub

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, o, iyunun 15-i saat 00:30 radələrində Cənub Dərə küçəsində Bakı şəhər sakini Ələstun Mehdiyevin idarə etdiyi "Mersedes" markalı avtomobilə sərnişin qismində əyləşmiş, ona bıçaqla hədə-qorxu gələrək üstündə olan əşyaları tələb edib. Ə.Mehdiyev bu zaman avtomobildən düşüb qaçıb. M.Alışov avtomobilin sandıqçasından şəxsi sənədləri və içərisində 5 ABŞ dollar olan pul kisəsini aparıb.

Daha sonra isə o, həmin gün saat 04 radələrində Neftçilər prospektində Mehdi Novruzovun idarə etdiyi "Opel Vektra" markalı avtomobilə əyləşərək Bayıl qəsəbəsinə getməyini bildirmiş, qəsəbədə sürücünü bıçaqla hədələyərək 28 manatını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə