Avtomobillərdən oğurluq edən şəxs yaxalanıb

Avtomobillərdən oğurluq edən şəxs yaxalanıb

İyunun 17-də Salyan yolu 6-da yerləşən avtomobil təmiri emalatxanasında Zülfü Salmanov Elşad İbrahimxəlilova məxsus təmirə dayanmış "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlayarkən Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb və ondan 1 ədəd bıçaq aşkar olunub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma nəticəsində müəyyən edilib ki, Z.Salmanov mayın 30-da Y.Mürsəlov küçəsində Sakit Həsənova məxsus "İJ-2717-230" markalı avtomobildən də açar seçmə yolu ilə maqnitafon oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə