İsrailin mərkəzi hissəsində yerləşən Netanya şəhərində yaşayış binasında partlayış baş verib. SİA-nın "Reuters" ə istinadən verdiyi məlumata əsasən, nəticədə 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Partlayışın qeydə alındığı beşmərtəbəli binanın dağıntıya məruz qaldığı, həmçinin ərazidən yüzlərlə metr aralıda yerləşən tikililərə də ziyan dəydiyi qeyd olunur.
Partlayışdan dərhal sonra xeyli sayda bina sakininin təxliyəsi həyata keçirilib. Yaralılar xəstəxanalara yerləşdirilib, hadisə yerində müvafiq işlər görülür. İlkin ehtimala görə, hadisəyə qaz sisterninin partlaması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB