Paytaxtda çay evində qanunsuz fəaliyyət göstərən qumar oyunu aşkar edilib

Paytaxtda çay evində qanunsuz fəaliyyət göstərən qumar oyunu aşkar edilib

DİN BCAİ və Binəqədi Rayon Polis İdarəsinin CAŞ-ın əməkdaşları Ə.Naxçıvani küçəsində yaşayan Vüsal Salmanova məxsus həmin ünvanda yerləşən "Məkan" çay evində qeyri-qanuni fəaliyyət göstərən qumar (loto) oyunu aşkar ediblər.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin CAŞ və 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rasim Əliyev iyunun 17-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə