Mərdəkan çimərliyində tapança ilə qətl törədilib

Mərdəkan çimərliyində tapança ilə qətl törədilib

İyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsi "Tropikanka" çimərliyində Bakı şəhər sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlinin ayaqlarından və başından xəsarət yetirib. Hadisəni törədən şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yaralı 3 saylı xəstəxanaya yerləşdirilmiş və orada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə