2011-ci il iyunun 15-də saat 11:30 radələrində Tovuz rayonunun Alakol kənd sakini, 1972-ci il təvəllüdlü Vüqar Məmmədovun yaşadığı evin həyətyanı əkin sahəsində üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan meyiti aşkar olunub. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və Polis Şöbəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1977-ci il təvəllüdlü Tahir Quliyev tərəfindən törədilməsi müəyyən olunmuş və o, iyunun 16-da şübhəli şəxs qismində tutulub. T.Quliyev dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmiş və cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.
O, ifadəsində hadisədən bir gün əvvəl aralarında yaranmış mübahisə zamanı V.Məmmədovun onun və ailəsinin ünvanına təhqiramiz ifadələr işlətdiyini və bu səbəbdən onu öldürdüyünü bildirib.
Hazırda iş üzrə Tovuz rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB