Yük maşını ilə toqquşan “Opel”in sürücüsü dünyasını dəyişib

Yük maşını ilə toqquşan “Opel”in sürücüsü dünyasını dəyişib

Dünən Hacıqabul-Bəhrəmtəpə yolunun 49-cu kilometrliyində "Opel" markalı 10 RD 55 dövlət nömrə nişanlı avtomaşınla "Super Maz" markalı 10 ZN 553 dövlət nömrə nişanlı yük maşını toqquşub. SİA-nın Aran bürosunun məlumatına görə, qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü 1963-cü il təvəllüdlü Sabirabad rayon sakini Məmmədov Şakir Məmmədhüseyn oğlu hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə