Azərbaycan Ordusunun iki əsgəri dünyasını dəyişib

Azərbaycan Ordusunun iki əsgəri dünyasını dəyişib

Azərbaycan Ordusunda iki ölüm hadisəsi baş verib. SİA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsindəki N saylı hərbi hissədə Ağdərə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Bəşirov Mərdan Arif oğlu xidməti silahından açdığı atəş nəticəsində Səbail RHK-dan hərbi xidmətə çağırılmış əsgər Əlizadə Vüsal İlqar oğlunu qətlə yetirib.

Şəmkir Hərbi Birləşməsindəki N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olan kiçik çavuş Muradov Kənan motosikleti idarə edərkən idarəetməni itirib və ağaca çırpılıb. Hərbçi hadisə yerində həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti hər iki məlumatı təsdiqləyib

Bütün xəbərlər Facebook səhifəmizdə