Naməlum şəxslər “Məzdək-Qazıməmməd” magistral qaz kəmərini iki dəfə partlatmağa çalışıblar
Dağıstanda cinayətkarlar Dərbənddə yerləşən "Məzdək-Qazıməmməd" magistral qaz kəmərini iki dəfə partlatmağa çalışıblar. SİA-nın məlumatına görə, qaz kəməri heç bir zədə almayıb. İlk cəhd cümə axşamı gecə Qecux kəndi yaxınlığında edilib. Naməlum şəxs partlayıcı qurğunu işə salıb, lakin qaz kəməri zədə almayıb, yalnız boruda 1 sm dərinliyində, diametri 10 sm olan çökəklik yaranıb. Daha sonra dünən səhər həmin rayonda boruya yapışdırılmış daha bir qara paket aşkarlanıb. Əraziyə çağrılan minaaxtaranlar partlayıcı qurğunu zərərsizləşdiriblər. Faktlarla bağlı cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB