Dünən günorta saatlarında başlayan və axşama kimi davam edən güclü leysan və dolu Türkiyənin paytaxtı Ankara şəhərini su altında qoyub. SİA-nın məlumatına görə, şəhərin bəzi rayonlarında evlərin nəinki birinci, hətta ikinci mərtəbələri də su ilə dolub. Yeraltı keçidlər və metrolar su altında qalıb. İctimai nəqliyyat və avtomobil sürücüləri həyatlarını su altında qalmaqdan güclə xilas ediblər. Əraziyə evakuatorlar cəlb edilib. Dəhşətli dolu mağaza vitrinlərini və evlərin pəncərələrini sındırıb. Şəhər bələdiyyəsi əhaliyə çox ehtiyac olmadıqca şəhərə çıxmamağı və nəqliyyat vasitələrindən istifadə etməməyi tovsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB