Bu gün səhər Bakıda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodundakı 2 saylı sahəsinin 21 saylı qurğusunda yanğın baş verib. Nizami rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə, yanğın neft borularındakı izolyasiyada başlayıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən xəbərə görə, hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya bildirilib ki: "Yanğın havaların isti keçməsi səbəbindən baş verib. Belə ki, müəssisənin 2 saylı sexinin 21 saylı qurğusunda (ELOU-AVT) aparılan təmir işləri zamanı yanğın olub. Qısa müddətdə ani alovlanma baş verib, lakin az sonra yanğın söndürülüb. Yanğın zamanı 2 nəfər xəsarət alıb, onlardan birinə yerində dərhal tibbi yardım göstərilib, digəri isə xəstəxanaya çatdırılıb və vəziyyəti orta ağır kimi qiymətləndirilir", - deyə ARDNŞ-dan bildirilib. Şirkətdən əlavə ediblər ki, yanğın hadisəsi zavodun istehsalat prosesinə heç bir təsir göstərməyib.
İlkin məlumata görə, yanğın təmir işləri aparılarkən havanın temperaturunun yüksək olması səbəbindən baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB