Gəncədə oğurluğa cəhd edən dəstə iş başında yaxalanıb

Gəncədə oğurluğa cəhd edən dəstə iş başında yaxalanıb

Gəncədə qabaqcadan əlbir olub oğurluğa cəhd edən dəstə zərərsizləşdirilib. Qədimov Zahir Dağıstan oğlu, həyat yoldaşı Nərimanova Nuridə Heydər qızı və Gəncə şəhər 4 saylı Mənzil İstismar Sahəsində fəhlə işləyən Məmmədov Vüqar Nazim oğlu şəhərdən kənarda yerləşən ərazidə boru oğurlamaq fikrinə düşüblər Gəncə Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, onlar Nəqliyyat Nazirliyinin Gəncə 4 saylı Yol Yaşıllaşdırma MMC-nin balansında olan Gəncə-Bakı istiqamətində ağacların suvarılması üçün nəzərdə tutulan ümumi məbləği 1725 manat dəyərində, 115 metr uzunluğunda dəmir boruları qaynaq vasitəsilə kəsib maşına yükləyən zaman Gəncə Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177 maddəsi ilə iş açılıb. Araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə