Təbii fəlakət nəticəsində ölənlərin sayı durmadan artır

Təbii fəlakət nəticəsində ölənlərin sayı durmadan artır

Çində insan təlafatı ilə nəticələnən təbii fəlakət baş verib. SİA-nın məlumatına görə, Çinin şərqindəki 13 əyalətdə davam edən şiddətli yağışın səbəb olduğu sel nəticəsində94 nəfər ölüb, 78 nəfər isə itkin düşüb.

Ölkənin təhlükəsizlik səlahiyyətliləri bildirib ki, sel fəlakəti ümümilikdə 8,5 milyon insana zərər verib. Ən çox isə Xunan və Xubey əyalətlərinin təsirləndiyini fəlakətdə ölü sayının artacağı proqnozlaşdırılır. Qeyd edək ki, fəlakət nəticəsində Çinin iqtisadiyyatı da ciddi təsirə məruz qalıb. Hələlik bu məbləğin 7 milyard yuan olduğu ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə