Kiyev şəhərində iki azərbaycanlı tələbə suda batıb

Kiyev şəhərində iki azərbaycanlı tələbə suda batıb

İki gün bundan əvvəl Dnepr çayının Kiyev şəhərindən keçən hissəsində bədbəxt hadisə baş verib. Çayda çimən iki həmyerlimiz suda boğularaq dünyalarını dəyişiblər. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, tələbələrin batması hadisəsi müəmmalı şəkildə baş verdiyindən çayın kənarında olanlar onların necə batdığını görməyiblər. Bədbəxt hadisənin qurbanı olan azərbaycanlı tələbələrin yaxşı üzə bilmədiklərini deyən həmyerlilərimiz onların sahildən çox da uzağa getmədiklərini söyləyiblər.

Onu da qeyd edək ki, hər iki meyid eyni yerdən tapılıb. Tələbə yoldaşları ilə çimməyə gələn azərbaycanlıların hər ikisi Naxçıvan MR-in Şahbuz rayonundan olub. Meyidlər müayinə üçün ekspertizadan keçiriləndən sonra bu gün valideynlərinə təhvil verilib.


Əlmaniz ƏLƏKBƏRLİ, Şərqi Avropa və Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə