Gəncə-Bakı yolunun 1-ci kilometrliyində yol qəzası baş verib. 1976-cı il təvəllüdlü Mollanverdiyev Cəlal Baloğlan oğlunun idarə etdiyi 85 CE 268 dövlət nömrə nişanlı "QAZ-33021" markalı avtomobillə 1988-ci il təvəllüdlü Yusubov Elmir Şəmşir oğlunun idarə etdiyi 10 FC 040 dövlət nömrə nişanlı "VAZ 21074" markalı avtomobillə toqquşub.
Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, "QAZ-33021" markalı avtomobildə olan sərnişin Quliyev Mürsəl Nəsir oğlu və digər avtomobildə olan Yusubova Vüsalə Şəmşir qızı, Cəlalov Şahin Əkbər oğlu və Həsənova Əfsanə Əli qızı xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB