Mağazanı qarət edən şəxs tutulub

Mağazanı qarət edən şəxs tutulub

Aprelin 19-na keçən gecə Zabrat qəsəbə sakini Mərdan Novruzova məxsus həmin qəsəbə Neftçilər küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə 280 manat, audiopleyr və danışıq kartları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ceyhun Atakişiyev iyunun 11-də yaxalanıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Xalid İbrahimov iyunun 11-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə