İyunun 1-də Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Sədaqət Bağırova məxsus "VAZ-2106" markalı avtomobildən şüşəni sındırma yolu ilə şəxsi sənədlər oğurlanıb. Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Çingiz Səfxanov DİN ÇPA-nın əməkdaşları tərəfindən iyunun 12-də yaxalanaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, digər oğurluq hadisəsi iyunun 3-nə keçən gecə Y.V.Çəmənzəminli küçəsində baş verib. Bakı şəhər Anar Məmmədova məxsus "Hyundai" markalı avtomobildən şüşəni sındırma yolu ilə şəxsi sənədlər və gödəkçə oğurlanıb. Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Rüstəm Sadıqov DİN ÇPA-nın əməkdaşları tərəfindən iyunun 12-də yaxalanaraq Nərimanov RPİ 17-ci PB-yə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB