Arizona od içində

ABŞ-ın cənub-qərbində yerləşən Arizona ştatında başlayan meşə yanğınları 2 həftədən artıqdır ki, davam edir. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə görə, hazırda yanğının ümumi sahəsi 130 min hektar təşkil edir. Təhlükəsizlik tədbirləri çərçivəsində qeyd edilən müddət ərzində, 11 min nəfərin təxliyyəsi həyata keçirilib. Yanğının Sprinqervil yaşayış məntəqəsi yaxınlığında İstilik Elektrik Stansiyasına və həmin ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə yaxınlaşdığı bildirilir. Bu səbəbdən Tuson şəhərinin elektrik enerjisi ilə təchizatında çətinliklərin yaranması istisna olunmur.

Yanğınsöndürmə işlərinə 3 min nəfər canlı qüvvə və xeyli sayda texnika cəlb edilib. Yanğın nəzarətə alınıb. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə