Sel suları Daşkəsənin kənd yollarını yararsız vəziyyətə salıb - FOTO
Daşkəsəndə sel suları bir sıra kənd yollarını yararsız vəziyyətə salıb. Nəticə də rayon mərkəzi ilə Dəstəfur, Qıyıxlı, Əhmədli, Şaxvələdli və Molla Həsənli kəndlərinə gediş-gəliş çətinləşib. Bundan əlavə elektrik dirəkləri sıradan çıxıb, kənd təsərrüfatına ciddi ziyan dəyib. SİA-nın bölgə müxbiri xəbər verir ki, kəndlərin elektrik və rabitə xətləri tamamilə sıradan çıxıb.
Daşkəsən rayon Yol İstismarı İdarəsi rəsmilərinin apardığı ilkin hesablamalara görə sel suları 21 km-lik Daşkəsən-Dəstəfur yolunun 3 km-dən çox hissəsini yuyub. Sərnişin daşıyan avtobuslar saatlarla yolda qalıb. Ən təhlükəli vəziyyət isə odur ki, yolları dağılan kəndləri rayon mərkəzi ilə cəmi bir avtomobil yolu birləşdirir. Yəni alternativ yollardan istifadə etmək mümkünsüzdür. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ilkin tədbirlər görülsə də, problemin tam həlli üçün aidiyyəti qurumların köməyinə ehtiyac yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB