2007-ci ildən bu yana yaşanan ən qanlı ay may ayı!

2007-ci ildən bu yana yaşanan ən qanlı ay may ayı!
\"Əfqanıstanda vətəndaşların öldürülməsi halları getdikcə çoxalır\". SİA-nın məlumatına görə bu sözləri BMT-nin Əfqanıstana dəstək missiyasının rəhbəri Georgette Gagnon açıqlaması zamanı deyib. O bildirib ki, getdikcə artan ölü sayısı artıq ciddi surətdə narahatlığa səbəb olur: \"Əfqanıstanda vətəndaşların öldürülməsi halları kəskin surətdə artıb. Belə ki, keçən ay ərzində öldürülən vətəndaşların sayını nəzərə alsaq ümumən may ayının 2007-ci ildən bu yana Əfqanıstanda yaşanan ən qanlı ay olduğunu demək mümkündür. Hökumət əleyhinə baş verən üsyanlar da ölüm hadisələrinin sayını artıran əsas amillər sırasındadır. Təkcə may ayında nümayişlərdə 350-dən çox adam öldürülüb\".

Qeyd edək ki, BMT-nin hesabatlarında bugünə qədər ən qanlı ilin 2010-cu il olduğu açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə