Axşam saatlarında leysanla müşayiət olunan hava burulğanı - qasırğa nəticəsində Zaqatala şəhərində və ətraf kəndlərdə fərdi və ictimai tikililərə, elektrik və rabitə xətlərinə, park və xiyabanlara, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib.
Rayon fövqəladə hallar komissiyasından bildiriblər ki, qasırğa nəticəsində Zaqatala şəhərində 30-a yaxın yaşayış evi və ictimai binanın, o cümlədən humanitar fənlər gimnaziyasının, 5 nömrəli şəhər orta məktəbinin, Dövlət Yol Polisi rayon şöbəsinin diaqnostik mərkəzi binasının dam örtükləri ciddi zədələnmiş, şəhər mədəniyyət və istirahət parkında 70-ə yaxın iri gövdəli ağac aşmış, küçə və meydanlarda ağaclar qırılaraq evlərin dam örtüklərini, minik avtomobillərini zədələyib. Qasırğa nəticəsində xeyli sayda elektrik dirəkləri aşıb, qırılıb, nəticədə şəhərin və ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında çətinliklər yaranıb.Hazırda rayonda bütün qüvvələr təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün səfərbər edilib. Görülmüş tədbirlər nəticəsində şəhərə elektrik enerjisinin verilməsi gecə saatlarından etibarən qismən bərpa olunub və bu istiqamətdə tədbirlər davam etdirilir. Əlaqədar qurumların, əmək kollektivlərinin köməyi ilə şəhərin küçələri, parklar, binaların həyətləri ağac qırıntılarından, tör-töküntülərdən təmizlənir, səliqə-səhman yaradılır.
Baş vermiş təbii fəlakətlə əlaqədar əlaqədar qurumlara, o cümlədən Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB