Çili, Braziliya və Argentinanın hava məkanı iflic olub - FOTOSESSİYA
Çilinin cənubunda yerləşən Puyeue vulkanının aktivliyi davam edir. SİA-nın "Lenta.ru" ya saytına istinadən verdiyi xəbərə görə, bölgədə hökm sürən küləkli hava şəraiti səbəbindən vulkanın havaya püskürdüyü kül ölkə ərazində sürətlə yayılaraq bir neçə qonşu ölkələrin hava məkanına da keçib. Təhlükəsizlik tədbirləri çərçivəsində Argentinanın paytaxtı Buenos Ayres şəhərində 300 aviareys, Braziliyanın Riu-Qrandi-du-Sul və Santa-Katarina ştatlarında həmçinin Çilidə xeyli sayda aviareys təxirə salınıb. Argentinada 6 hava limanının fəaliyyəti tamamilə dayandırılıb.
Vulkanın püskürməsi nəticəsində Uruqvayın paytaxtı Montvedio şəhərinin hava limanı da bir sıra problemlərlə üzləşib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam etdirilir. Xatırladaq ki, Çilinin Ranko vilayətində, And dağları ərazisində yerləşən vulkan cari ilin 5 iyun tarixindən aktivləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB