Çilinin cənubunda, Ranko vilayətində yerləşən Puyeue vulkanı aktivləşib. Vulkanın kraterindən püskürən kül və qızmar daş parçaları 10 km hündürlüyə qalxır. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə əsasən, püskürmə nəticəsində ölən və xəsarət alan yoxdur. Təhlükəsizlik tədbirləri çərçivəsində vulkan yaxınlığında yaşayan 3500 nəfərin təxliyyəsi həyata keçirilir. Külün həmçinin, Argentina ərazisinə keçdiyi və bununla əlaqədar San-Karlos-de-Bariloçe şəhərinin hava limanının bağlandığı bildirilir.
Qeyd edək ki, paytaxt Santyaqo şəhərindən 920 km cənubda, And dağları ərazisində yerləşən vulkan Puyeue Kordon Kaulle vulkanlar zəncirinə daxil olan vulkanlardan biridir. Vulkanın sonuncu püskürməsi 1960-ci ildə qeyd alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB