Braziliyada çayda suyun səviyyəsi 10 metr qalxıb

Braziliyada çayda suyun səviyyəsi 10 metr qalxıb

İntensiv yağan leysan xarakterli yağışlar son bir neçə gün ərzində Braziliyanın şimalında yerləşən Rorayma ştatında subasmaya səbəb olub. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə əsasən, güclü yağışlar ştat ərazisindən keçən Riu-Branku çayının məcrasından çıxaraq ştatın böyük hissəsini su altında qoymasına səbəb olub. Çayda suyun səviyyəsinin 10 metr qalxdığı bildirilir. Ölən və xəsarət alanlar barədə məlumat verilmir. İlkin məlumata əsasən 400 nəfər yaşayış yerini tərk edib. Çay üzərindən keçən əsas körpünün uçma təhlükəsi yaranıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində ştat ərazisində bir çox avtomobil yolları bağlanıb, məktəblərdə isə tədris prosesi dayandırılıb. Mövcud vəziyyətlə əlaqədar ştatda fövqəladə vəziyyət elan edilib. Hadisə bölgəsində müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə