Şirvan şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisə barədə açıqlama verən Şirvan Polis Şöbəsinin DYP bölməsinin inspektoru Murad Süleymanov bildirib ki, şəhərin M. Rəsulzadə prospektində "VAZ 2107" markalı dövlət qeydiyyat nişanlı avtomaşın "VAZ 21099" markalı maşınla toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü Şirvan sakini 1981-ci il təvəllüdlü İbrahimov Ramil Yahya oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Digər avtomobilin sürücüsü 35 yaşlı Saatlı rayon sakinidir. İlkin ehtimallara görə hadisəyə səbəb "VAZ 2107"nin sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsini gözləməməsi olub. Faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB