Şirvanda mənzil oğruları həbs olunub - FOTO

Şirvanda mənzil oğruları həbs olunub - FOTO

Şirvan şəhərində mənzil oğruları yaxalanıb. SİA-nın Aran bürosuna məlumat verən Şirvan Polis Şöbəsinin müstəntiqi Elnur Cəfərov bildirib ki, 04 iyun 2011-ci il tarixdə Şirvan şəhər sakini İbadov Vüqar Malik oğlu polis şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evinə naməlum şəxslər daxil olaraq müxtəlif məişət əşyalarını oğurlandığını deyib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Vüqar İbadovun mənzilindən 252 manat məbləğində əşyaları oğurlayan şəxslər, şəhər sakini 1977-ci il təvəllüdlü Qafarov Əsədulla Feyzulla oğlu və 1979-cu il təvəllüdlü Abışov Şirazi Dilqəm oğludur.

Hazırda faktla bağlı ARCM-nin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində həbs qətiimkan tədbiri seçilib.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə