Mərdəkanda mənzildən külli miqdarda pul oğurlayan şəxs həbs olunub

Mərdəkanda mənzildən külli miqdarda pul oğurlayan şəxs həbs olunub
Mayın 20-də Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən bağ evində yaşayan Naib Əliyevin mənzilindən pəncərənin şüşəsini və dəmir barmaqlıqları sındırmaq yolu ilə 17 min avro oğurlanıb.Bakı şəhər BaşPolisİdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Çingiz Budaqov iyunun 7-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə