Hacıqabul Rayon Polis Şöbəsi narkotik vasitə olan 28 ədəd çətənə kolu açkar edərək dövriyyədən çıxarib. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul Polis Şöbəsinin müstəntiqi Vaqif Əliyev bildirib ki, "Xaş-xaş 2011" tədbirlər planına əsasən əməkdaşlarımız rayonun Meyniman kəndində 1957-ci iltəvəllüdlü Əliyev Abasəli Gəncəli oğlunun həyətyanı sahəsində aqrotexniki qaydada yetişdirdiyi 28 ədəd çətənə kolu aşkar edərək götürüb. Faktla bağlı ARCM-nin 237.2.3 maddəsi ilə cinayət işi başlanılıb və Əliyev Abasəli Gəncəli oğlu barəsində həbs qəti imkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB