Həyətyanı sahəsində çətənə kolu becərən Zirə sakini tutulub

Həyətyanı sahəsində çətənə kolu becərən Zirə sakini tutulub

Xəzər RPİ NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zirə qəsəbə sakini əvvəllər məhkum olunmuş Əhəd Pənahlının həyətyanı sahəsindən yaş çəkisi 200 qramdan artıq olan 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə axtarışda olan Mirxanlar Qasımov iyunun 6-da tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə