Mayın 29-na keçən gecə B.Bağırov küçəsində yaşayan Feyzulla Seyidova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Heydər Cəfərov iyunun 6-da yaxalanıb. Müəyyən edilib ki, o, bu müddət ərzində avtomobilin ehtiyat hissələrini satmış, banını isə Ləhic bağları yaxınlığında yandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB