Təkər oğurlayan keçmiş məhkum narkotik aludəçisi çıxdı

Təkər oğurlayan keçmiş məhkum narkotik aludəçisi çıxdı

Martın 15-nə keçən gecə X.Şuşinski küçəsində Ruslan Həmidova məxsus "VAZ-2107" markalı avtomobildən maqnitafon, mayın 19-na keçən gecə isə M.Sənani küçəsində yaşayan Tahir Vəliyevə məxsus "VAZ-2107" markalı avtomobilin yük yerindən ehtiyat təkər oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Məlikov iyunun 5-də tutulmuş və onun üzərinə baxış keçirilərkən 0,236 qram narkotik vasitə olan heroin aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə