İnternet klubu qarət edən şəxs yaxalanıb

İnternet klubu qarət edən şəxs yaxalanıb

İyunun 3-nə keçən gecə Bülbülə qəsəbə sakini Taleh Sadıqova məxsus M.Mustafayev küçəsində yerləşən internet klubdan açar seçmə yolu ilə kompyuter və ehtiyat hissələri oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Emin İsabəyov iyunun 4-də tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə