Macarıstanlı qadın saç ustası 55 saat dayanmadan saç kəsib. SİA-nın məlumatına görə, İbolya Eck 55 saat ərzində 162 qadının saçını kəsərək adını Guinnessin Rekordlar Kitabına yazmağa nail olub.
Ş
əhərin bələdiyyə rəisi Jozsef Marko məsələ ilə bağlı açıqlaması zamanı qadının ən böyük dəstəyinin özü olduğunu deyib: \"İbolya Eckin bu mübarizədə özünü isbatlayacağına inandığım üçün ona hər cür dəstək vermişəm. Nəticədə də yanılmadığımı bütün dünya gördü. İbolya Eck 55 saat ərzində dayanmadan 162 qadının saçını kəsdi. Yalnız 6 saatdan bir 15 dəqiqə istirahət edən qadının kəsdiyi saçların ağırlığı isə 4 kiloqramdır. Nəticədə, İbolya Eck Guinnesin Rekordlar Kitabına daxil oldu. Bizimlə yanaşı, rekorda bütün macar xalqı sevindi, çünki bu dünya səviyyəsində qazanılan nailiyyətdir və hamımızın uğuru kimi qəbul olunur\".Qeyd edək ki, bu sahədə 2006-cı ildəki son rekord da macar bir qadın tərəfindən qırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB