Oğrular eyni evi ikinci dəfə soyublar

Oğrular eyni evi ikinci dəfə soyublar

Bu gün Məzahir Rüstəmov-11 mənzil 1-də gecə radələrində oğurluq faktı qeydə alınıb. SİA-nın xəbərinə görə, ev yiyəsi Gülnarə Şirinova özü bu haqda danışıb. Onun sözlərinə görə, hadisə zamanı evdə heç kim olmayıb. G.Şirinova söyləyib ki, oğrular ev adamı kimi qapıdan daxil olublar.

Ev yiyəsi onu da əlavə edib ki, 3 ay bundan öncə də evdə oğurluq hadisəsi baş vermişdi. \"Hadisə zamanı evdən 4 min manat pul oğurlanmışdı. Ancaq hadisədən sonra heç bir tədbir görülmədiyi üçün evdə yenidən oğurluq hadisəsi baş verib\", - deyə Gülnarə Şirinova söyləyib.

Qeyd edək ki, 34-cü polis bölməsinin əməkdaşları evə baxış keçirildiyini və tədqiqatın davam etdiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə